Füzulidə daha iki erməni hərbçisinin qalıqları aşkar olunub

18:35 28-07-2021 18

Qarabağda hərbi əməliyyatların gedişində daha iki erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

Bu barədə erməni KİV məlumat yayıb.

Cəsədlərin qalıqları Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Qalıqların kimlərə məxsus olmasının məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, bununla da, indiyədək Qarabağ və ətraf ərazilərdə tapılan erməni hərbçilərinə məxsus cəsədlərin sayı 1618-ə çatıb.