Ceyhun Bayramovdan Ermənistanın sərhəddə törətdiyi təxribata MÜNASİBƏT

15:30 28-07-2021 14

“Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş etdirilir”.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Nazir qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb və Ermənistanı təxribatlardan əl çəkməyə çağırıb. Nazir iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu qeyd edib.