Miqrasiya Xidmətindən saxlama mərkəzlərində olan əcnəbilərin vəziyyəti ilə bağlı AÇIQLAMA

15:15 28-07-2021 13

“Miqrasiya Xidmətinin saxlama mərkəzlərində pandemiya başlayandan bu günə qədər saxlanılan əcnəbilər arasında koronavirusa (COVID) yoluxma halı baş verməyib”.

milletinsesi.info-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin altı ayının yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O bildirib ki, bu, mərkəzdə aparılan dezinfeksiya tədbirlərinin yüksək səviyyədə təşkil olunması ilə bağlıdır.

“Eyni zamanda, saxlama mərkəzində məhdud sayda yerləşdirmə olub. Şəxslər mərkəzə gətirilərkən bir müddət özünütəcrid rejimində olurlar. Bir ildən artıq müddətdir ki, mərkəzdə koronavirusa yoluxma halı baş verməyib”.

İlhamə Əbülfət