Bu ilin 6 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı 3 dəfəyə yaxın azalıb

14:35 28-07-2021 13

“Bu ilin altı ayında Azərbaycana gələn əcnəbilərin sayında 2,7 dəfə azalma var”.

milletinsesi.info-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin altı ayının yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkədə 127 min əcnəbi vətəndaş var:

“Gələnlər əsasən Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan və Gürcüstandandır”.

O qeyd edib ki, hazırda ölkəyə 131 min nəfər əcnəbi giriş edib.

İlhamə Əbülfət