FHN: “Yanğın zamanı 21 nəfər təxliyə olunub”

14:00 28-07-2021 14

Ötən sutka ərzində 94 yanğına çıxış, bir nəqliyyat qəzası və üç halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər xilas edilib. Yanğınlar zamanı 21 nəfər təxliyə olunub.