Sumqayıtda kişi bıçaqlanaraq öldürülüb

00:20 28-07-2021 26

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə şəhərin Cerkassı küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Quliyev Nurəddin Fəxrəddin oğlu aralarında düşən mübahisə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

40 yaşlı kişi aldığı bıçaq zərbələrindən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

N.Quliyevi öldürən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.