Yaponiyalı səfir Azərbaycanda pərəstiş etdiyi idmançının adını açıqladı - VİDEO

13:35 27-07-2021 20

“Bir çox idman növü ilə məşğul olmuşam. Gənclik illərində kendo, badminton və üzgüçülüyə getmişəm”.

milletinsesi.info xəbər verir ki, bunu Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada deyib.

Azərbaycan Milli Olimpiya Komitəsinin “Zəfər günləri” layihəsinin qonağı olan səfir Yaponiyanın Olimpiadaya uğurlu start götürdüyünü söyləyib. Cuniçi Vada dünyada və Azərbaycanda pərəstiş etdiyi idmançıların adlarını açıqlayıb:

“Özümün də vaxtilə məşğul olduğum badminton növündə dünyanın bir nömrələrindən sayılan Kento Momotaya pərəstiş edirəm. Azərbaycan idmançılarından isə bir çoxları tərəfindən bəyənilən karateçi Rafael Ağayevə azarkeşlik edirəm. Düşünürəm ki, Olimpiya idman növlərinə ilk dəfə daxil olan karate növündə Azərbaycanın da güclü idmançıları var. Komandanız karate yarışlarında uğurlar qazanacaq”.