“Azəriqaz”da yeni TƏYİNAT - FOTO

12:15 27-07-2021 17

Bu gün “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.

milletinsesi.info xəbər verir ki, bu barədə Birliyinin baş direktoru Ruslan Əliyev məlumat verib.

O bildirib ki, uzun illər televiziyada fəaliyyət göstərmiş Eldeniz Veliyev baş direktorun imzaladığı əmrə əsasən İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib:

“İnanıram ki, bu təyinat “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələrinə bir qədər də təsir etmiş olacaq. İctimaiyyətə daim açıq olan “Azəriqaz” İstehsalat Birliyi bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və qurumla vətəndaş arasında birbaşa təmasın maksimum reallaşmasına çalışacaq. Bugünkü təyinat bizi hədəfimizə bir qədər də yaxınlaşdıracaq”.

Xatırladaq ki, ötən gün “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.