Azərbaycanda təbii və texnogen mənşəli hadisələr nəticəsində ölənlərin sayı AÇIQLANDI

10:45 27-07-2021 18

2021-ci ilin birinci yarımilliyi ərzində respublika ərazisində 6660 təbii və texnogen mənşəli hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu da 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1 613 hadisə və ya 19 % azdır.

Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.