“ALIVE” təqdim edildi

21:25 22-07-2021 182

WhatsApp Image 2021-07-22 at 13.10.52
Azərbaycanın üç yaradıcı və istedadlı gənci Ramin Paşayev, Amal Əlili və Nərmin
Behbudova “ALIVE” trekni təqdim ediblər. Mahnı dinləyicilər tərəfindən qeyri-
adiliyi ilə diqqətləri cəlb edib.
Yaradıcı heyət bildirib ki, trekdə milli və şərq üslubuna xas olan elementlər öz
əksini tapsa da, musiqi parçası daha çox Avropa musiqisini xatırladır. Hazırda
dünyanın aparıcı musiqi bazarlarında daha çox elektron musiqi janrında yazılmış
parçalara üstünlük verildiyindən, “ALIVE” trekinin Avropa və bütün dünyada uğur
qazanacağını əminliklə söyləmək olar. Tam fərqli üslubda tərtib olunmuş bu trek,
ölkəmizin və musiqimizin xaricdə uğurla təmsil olunmasında vasitəçi olacaqdır.
Dəyişkən ritmlər və intensivliyin ahəngi bu treki klub aurası yaratmaq və rəqs
etmək üçün əvəzolunmaz vasitəyə çevirir. “ALIVE” treki, adına uyğun olaraq
insanı bir növ canlandırır. Enerji dolu bu parça dinləyicilərini bir növ xəyal
etməyə, yaratmağa və sevməyə çağırır.
Qeyd edək ki, trek tamamilə yerli musiqiçilərimiz tərəfindən ərsəyə gəlib.
“ALIVE”nin sözləri Nərmin Behbudovaya, musiqisi Ramin Paşayev, Amal Əlili,
Nərmin Behbudovaya, aranjemanı Amal Əlili, Ramin Paşayevə məxsusdur.
Miksinq və masterinq Rüstəm Rzayevin rəhbərliyi altında “BEAT Music”
studiyası tərəfindən hazırlanıb.
Mahnını bu linkdən dinləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=OGCmHjkKZyw&feature=youtu.be