“Nar”ın Baş icraçı direktoru: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz

və öhdəliyimizdir"

08:38 14-07-2021 240

_ROM2254  

"Narın əsas hədəfi Azərbaycanın müştəriyönümlü mobil operatoru olmaqdır. Üstün xidmət
müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir”. Bunu “Azerfon” MMC-nin Baş icraçı direktoru
Qunnar Panke Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, mobil
operatorun məqsədi müştərilər üçün həm sərfəli, həm də keyfiyyətli xidmət təqdim etməkdir.
Bunun üçün mobil operator xidmət və satış mərkəzlərini yeniləməklə tamamilə yeni müştəri
xidməti təcrübəsi və abunəçilərin real ehtiyaclarını qarşılayan məhsullar təqdim edir.
Q.Panke qeyd edib ki, ardıcıl olaraq 2 il “Nar”ın müştəri məmnuniyyəti indeksi üzrə lider olması da
təsdiqləyir ki, abunəçilər mobil operatorun təkliflərini qiymətləndirir və ona güvənirlər:
“Müştəriyönümlülük konsepsiyası bizi bütün prioritetlərimizə doğru istiqamətləndirir, xüsusilə
təkliflərimizi hazırlamaqda, müştərilərimiz ilə qarşılıqlı münasibət qurmaqda bizi müşayiət edir.
Müştəri ehtiyaclarını ən yaxşı anlayan mobil operator kimi bazarda lider mövqeyimizi qorumağa
çalışırıq”.
“Nar”ın bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayını artırması
nəticəsində 2021-ci ilin birinci rübü ərzində 4G istifadəçilərinin sayı 32% artıb. Q.Panke əlavə edib
ki, işğaldan azad edilmiş əraziləri müasir və dayanıqlı şəbəkə ilə təmin etmək mobil operatorun
prioritetlərindən biridir. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənd keyfiyyətli
və kəsintisiz mobil şəbəkə ilə əhatə olunub. Mobil operatorun gələcək planları və hədəfləri
barədə ətraflı danışan “Azerfon”un Baş İcraçı direktoru Q.Pankenin Trend İnformasiya Agentliyinə
geniş müsahibəsini aşağıdakı keçiddən oxumaq olar: