Yaponiyada uçan avtomobillərdə sərnişin daşınmasına başlanılır - VİDEO

22:05 10-07-2021 32

Yaponiyanın ən böyük aviadaşıyıcısı olan “Japan Airlines” 2025-ci ilə qədər uçan avtomobillərin kommersiya istifadəsinə başlamağı planlaşdırır.

Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, ilk mərhələdə hava limanı ilə Mie prefekturasındakı turizm obyektləri arasında sərnişin daşınması xidmətinin başlanması planlaşdırılır.

Bundan başqa ölkənin ikinci ən böyük aviadaşıyıcısı olan “All Nippon Airways” də 2025-ci ilədək bənzər bir xidmət yaratmaq imkanlarını araşdırır.

Qeyd edək ki, Yaponiyada bu cür maşınların sınaqları artıq davam edir, lakin hökumətin dəqiq qaydalarının olmaması onların inkişafına mane olur, böyük investorları uzaqlaşdırır.

Yaponiya hökuməti artıq 2023-cü ildən etibarən uzaq adalara malların çatdırılması, 2025-ci ildən etibarən əsas nəqliyyat vasitələri daxil olmaqla sərnişin daşınmasına başlamaq üçün uçan avtomobillərin istismarı qrafiki və prosedurunu inkişaf etdirməyə başlayıb.