Lüks avtomobillər buldozerlə məhv edildi - VİDEO

07:35 05-07-2021 32

Premium sinfinə aid 20 avtomobil buldozerlə məhv olunub.

Life.ru xəbər verir ki, hadisə Filippində yaşanıb.

Avtomobillər arasında nadir “McLaren” 620R, həmçinin “Bentley Flying Spur”, “Porsche” 911, “Mercedes” SLK, “Lotus Elise” kimi modellər də olub.

Məlumata əsasən, bu üsulla ölkə hökuməti bahalı avtomobillərin qaçaqmalçılığına qarşı mübarizə aparır.

Filippində analoji tədbirlərin 2018-ci ildən bəri mütamadi şəkildə həyata keçirildiyi bildirilir.