“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət

edən əsgərlərlə birgə qeyd etdi

00:11 01-07-2021 154

 

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti dəfə
Azərbaycan Ordusuna dəstək olub. Belə ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan
azad edilmiş ərazidə yerləşən “N” saylı hərbi hissəyə səfər edib və qalib əsgərlərlə görüşüb.
Bundan başqa, “Nar” əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün işğaldan azad edilmiş
ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr və kitablar təqdim edib. Məqsəd
Vətən keşiyində duran Müzəffər Ordumuzun əsgərlərinə olan hörməti bildirməkdir.DSC_0116 (1) göstərməyi
özünə borc bilir.
Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə öz baza stansiyalarını da quraşdırmaqdadır. Artıq
Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla, Xocavənd keyfiyyətli və kəsintisiz şəbəkə ilə
əhatə olunub. İşğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin
edilməsi mobil operatorun əsas prioritetlərindən biridir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-
dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.Image-03 (1)