Türkiyəli məşhurların lüks tətil görüntüləri və ya ekzotik mənzərələr – FOTO

14:55 29-06-2021 28

Türkiyənin tanınmış şou nümayəndələri sosial media hesablarından tətil fotolarını izləyiciləri ilə paylaşırlar.

“Haber Türk” onların “Instagram”da paylaşdığı fotoları bir yerə yığıb.

Məşhur aparıcı Çağla Şikel müğənni Emre Altuğ ilə evliliyindən dünyaya gələn oğulları Kuzey və Uzayla birgə Çeşmədə dincəlir. 42 yaşlı cazibədar aparıcı çimərlikdə əyləndiyi fotolarını sevənləri ilə paylaşıb.

Məşhur müğənni Ziynet Sali tətil mövsümünü Kiprdə açıb. 48 yaşlı məşhur hovuzdan fotosunu “Günəşin xoşbəxtliklə mütləq əlaqəsi var” başlığı ilə paylaşıb.

Aktrisa Aslı Tandoğan bir müddətdir Bodrumun Torba rayonunda tətildədir.

Məşhur sənətçi İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs iti və sevgilisi Levent Dörter ilə birlikdə Dikili Bademliyədə istirahət edir.

Uzun müddətdir sənətçi Sezen Aksunun müğənni oğlu Mithat Can Özerlə eşq yaşayan aktrisa Alina Boz dəniz sahilində poz verərək paylaşım edib.

O, fotosunu “Heç bu günə qədər bu qədər gözəl gün batımı ilə qarşılaşmadım” qeydi ilə paylaşıb.

Evliliklərindəki böhrandan çıxandan sonra ikinci baharı yaşayan Beren Saat və Kənan Doğulu da tətil fotolarını izləyiciləri ilə bölüşüblər. Bənövşəyi çimərlik geyimi ilə hovuzdan paylaşım edən 37 yaşlı Beren Saat xoşbəxt görünüşü ilə diqqət çəkib.