Aygün Kazımova və Brilliant Dadaşovanın mahnılarına illər sonra yeni həyat verildi - FOTO

13:10 29-06-2021 33

Bəstəkar-müğənni Pərviz Mahmudov ilk dəfə akustik albomunu təqdim edib. 

milletinsesi.info xəbər verir ki, şou-biznesin məşhur ulduzlarının ifasında səslənən hit bəstələri bu dəfə özü ifa edib.

Albomda Xalq artistləri Aygün Kazımovanın “Paramparça”, Brilliant Dadaşovanın “Bilirəm”, Günay İbrahimlinin “Yansın”, Sevda Yahyayevanın “De mənə” kimi mahnılar musiqi prodüseri Camal Qurbanov tərəfindən yenidən aranjiman olunub.