Şeymanın sevgilisindən ayrılma səbəbi məlum oldu

23:40 28-06-2021 30

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı uzun müddətdir misirli iş adamı Mohammed Alsaloussi ilə eşq yaşayırdı. Hamilə olduğunu və evləndiyini açıqlayan Subaşı bu yaxınlarda “Instagram” hesabında bir açıqlama verərək körpəsini itirdiyini bildirdi.

Bu açıqlamadan sonra Şeyma Subaşı İbizada tək görüntüləndi. Dostları ilə tətildə olan Subaşının sevgilisi Mohammed Alsaloussinin onun yanında olmaması və barmağına nişan üzüyünü taxmaması ayrılıq iddialarını gücləndirdi.

“Sabah” xəbər verir ki, Şeyma Subaşının şok həqiqətlə qarşılaşıb.

Sevgilisi Məhəmməd Alsalussi ilə bağlı “fırıldaqçılıq” iddialarından sonra Şeyma Subaşı Alsaloussinin onun üçün aldığı hədiyyələrin əslində saxta olduğunu anlayıb və münasibətlərinə son verib.