Cennifer Lopez Ben Affleklə evlənir

15:35 28-06-2021 33

Amerikalı aktrisa və müğənni Cenifer Lopez və aktyor Ben Afflek evlənməyi planlaşdırırlar.

Bu barədə “The Sun” yazır.

Mənbənin verdiyi məlumata görə, Afflek ikinci dəfə Lopezi itirməkdən çox qorxduğu üçün sənətçi ilə bu ilin sonuna qədər evlənməyi düşünür.

Qeyd edilir ki, iki Hollivud ulduzu bir-birinin “yaxşı, pis və çirkin” tərəflərini çoxdan tanıyır; onlar sıfırdan başlamırlar.