İlham Əliyevdən fərman: DSX-nin hesabına köçürüləcək məbləğ artırıldı

17:15 25-06-2021 12

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Dəyişiklikliyə əsasən, hər ay gömrük ödənişlərinin 450 000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürüləcək.

Bundan əvvəl, DSX-nin hesabına köçürülən vəsait 250 000 manat idi.