TƏBİB səyyar vaksinasiya tədbirlərinə neçə nəfərin cəlb olunduğu AÇIQLADI

16:55 25-06-2021 8

“Bütün dünya üzrə insanlara 3 milyarddan çox dozada vaksin vurulub”.

milletinsesi.info xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva “TƏBİB məsləhəti” rubrikasında deyib.

O bildirib ki, Azərbaycan üzrə bu rəqəm 3,1 milyon dozadan çoxdur:

“Azərbaycanda istifadə edilən 3,1 milyon doza vaksinin 2 milyondan çoxu birinci mərhələdə icra edilib. Apreldən etibarən TƏBİB-in təşkilatçılığı ilə səyyar vaksinasiya prosesinə də start verilib. Səyyar vaksinasiya nəticəsində 52 826 doza vaksin vurulub. Bu proses aktiv şəkildə davam edir”.