TƏBİB rəsmisi: “Hindistan ştammının Azərbaycana gəlməsindən qaçmaq mümkün deyil”

16:30 25-06-2021 8

“Hindistan ştammı Azərbaycana da gələ bilər”.

milletinsesi.info xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva “TƏBİB məsləhəti” rubrikasında deyib.

O bildirib ki, bu gün olan məlumata görə, Türkiyənin 16 vilayətində dünyanın isə 90 ölkəsində Hindistan ştammı aşkar edilib:

“Azərbaycanda isə Hindistan ştammı aşkarlanmayıb. Biz bu virusa qarşı qabaqlayıcı tədbirlər görürük. Lakin qeyd edim ki, Azərbaycan bütün dünya ölkələrindən izolyasiya edilməyib. Bu səbəbdən də Hindistan ştammının Azərbaycana gəlmə təhlükəsi var.

Bu səbəbdən vətəndaş olaraq gigiyenik normalara riayət etməliyik. Qabaqlayıcı tədbirlər görməklə biz həmin ştammın ölkəmizə gəlişini yubada bilərik. Lakin qaçmaq qeyri-mümkündür. Hazırda əlimizdəki ən böyük silah vaksinasiyadır”.