Rusiyadan gətirilən külli miqdarda dərman Azərbaycana buraxılmadı - FOTO

16:15 25-06-2021 11

Rusiyadan gələn “DAF” və “Mercedez-Benz” markalı yük avtomobillərinə “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 5 708 həb, 3 150 kapsul, 590 ampula, 10 flakon müxtəlif adda dərman preparatı, 1 780 ədəd tibbi şam və kremlər, eləcə də 1 ədəd “Canon” markalı fotoaparat və həmin fotoaparata məxsus aksesuarlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.