Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər təqdim olundu - FOTO

16:10 25-06-2021 9

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksindən daha 30 mənzili şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Nazirlikdən bildirilib ki, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

V.Nəsirli şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini diqqətə çatdırıb.

2021-ci ilin planı üzrə artıq 530 mənzilin verildiyini deyən V.Nəsirli ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9730 mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edildiyini bildirib.