Xamenei İran istehsalı olan vaksinin ilk dozasını qəbul etdi

16:00 25-06-2021 13

İranın Ali dini lideri Əli Xamenei bu gün COVID-19 əleyhinə İran istehsal olan “Covİran Bərəkət” vaksinin ilkin dozanı qəbul edib.

Bu barədə “Farsnews” agentliyi məlumat yayıb.

Əli Xamenei “Covİran Bərəkət” peyvəndinin hazırlanmasında əməyi olan bütün yerli tibb mütəxəssislərinə minnətdarlığını ifadə edib.

O, öz nitqində İran istehsalı olan vaksinin dünya miqyasında tanıdılması üçün elmi məqalələr dərc etdirməyin əhəmiyyətinə işarə edib.