Qocalığına eyham vuran hədiyyə şahzadə Çarlzı güldürdü - FOTO/VİDEO

09:20 25-06-2021 27

Uels şahzadəsi Çarlz fermerlərdən qocalığına eyham vuran hədiyyə alıb.

Bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, 72 yaşlı şahzadə kənd təsərrüfatının iqlim dəyişikliyinə müsbət təsirini müzakirə etmək üçün Oksfordşirdəki fermaya arıçılar ilə görüşməyə yollanıb. Fermanın işçiləri kral ailəsinin üzvünə qocalma əleyhinə yalnız təbii maddələr olan krem ​​təqdim ediblər.

Şahzadə Çarlz qocalığına eyham vuran hədiyyəyə gülərək “Tam vaxtında” deyə zarafat edib.

Təsərrüfat işçisi Tanya Houksun sözlərinə görə, şahzadə həyat yoldaşı Kamilla Parker-Boulz ilə kremin təsirini sınayacağına və görünüşündəki dəyişikliklərdənn danışacağına əmin edib.