Merkelin vəzifəsindən getməzdən əvvəl son çıxışına parlamentarilərin reaksiyası - VİDEO

03:10 25-06-2021 26

Almaniya kansleri Angela Merkel Bundestaqda son hökumət bəyanatını verib. O, payızda vəzifəsindən ayrılacağını elan edib.

Bundan sonra yerinə əyləşən Merkeli parlamentarilər sürəkli alqışlayıblar.

“RİA Novosti” bununla bağlı kadrları paylaşıb.

Angela Merkel 2005-ci ildən Almaniya Federativ Respublikasının Federal Kansleridir. “Forbes” jurnalının versiyasına görə, Merkel artıq 7 ildir ki, ardıcıl olaraq dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edir. İxtisasca fizik olan Merkel dəqiq elmlər üzrə ixtisaslaşan ilk dövlət başçısıdır.