“Nar” “Breyn Rinq” yarışının çempionu oldu

10:46 23-06-2021 172

_VUG2284“Breyn Rinq” yarışının 17-ci mövsümündə 16 komanda arasında gedən gərgin mübarizə nəticəsində
“Nar” komandası mövsümün çempionu olub. Final oyunda mobil operatorun dəstək olduğu “Nar”
komandası “Kapital Bank” komandası ilə mübarizədə qalib gəlib.
Qeyd edək ki, builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş
komanda mübarizə aparıb. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq
məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçirilib və televiziya
tamaşaçıları “Nar”dan hədiyyə qazanıblar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza
stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.