Q.Paşayeva şəhid Pərvin Təhməzovun anası  ilə görüşüb

16:43 22-06-2021 173
MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva şəhid Pərvin Təhməzovun anası Əsli Təhməzova ilə görüşüb Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Pərvin İlqar oğlu Təhməzovun anası Əsli Təhməzova ilə Milli Məclisdə görüşüb. Şəhidin anası bildirib ki, “Pərvin Təhməzov ixtisasca filoloq idi. Bu sahədə yaxşı təhsil almış, biliklərə yiyələnmişdi. Həmçinin idmanın cüdo növü ilə intensiv məşğul idi. O, Vətən Müharibəsi başlayınca torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldı”. Komitə sədri qeyd edib ki, “gənc filoloq və idmançı himnimizdə deyildiyi kimi, hüququndan keçərək, öz ömrünü ölkənin suveren hüquqlarının bərpasına, torpaqlarımızın azadlığına həsr edib. Pərvin kimi gənclərimizlə hər zaman qürur duyacağıq. Tanrıya çox şükür, şəhidlərimizin qanı yerdə qalmayıb, düşmən çox ağır məğlubiyyətə uğradılıb”. Şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim olunub. Qeyd edək ki, hərbi xidmətdə kəşfiyyatçı olan Pərvin Təhməzov Kəlbəcər, Ağdərə, Suqovuşan və b. istiqamətlərdə vuruşmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Ruhu şad olsun!
 
Open Photo