Ancelina Coli qaçqın düşərgəsində - FOTO

12:25 22-06-2021 36

Dünyaca məşhur aktrisa Ancelina Coli Burkino-Fasoda 11 mindən çox malili qaçqının olduğu düşərgəyə gedib.

İHA məlumat verir ki, 46 yaşlı altı uşaq anası Coli Burkina-Faso xalqı ilə həmrəy olduğunu göstərmək üçün Qoudeboya gəldiyini bildirib:

“Aranızda olmağımdan, cəsarətiniz və gücünüz üçün hörmətlə qarşınızda baş əyməkdən şərəf duyuram”.