Aleyna Tilki “TikTok” fenomenləri ilə - FOTO

11:25 19-06-2021 40

Türkiyəli məşhur pop ulduz Aleyna Tilki və “TikTok” fenomenləri bir araya gəlib.

DHA xəbər verir ki, Türkiyədə ilk dəfə Aleyna Tilki “TikTok” fenomenləri ilə reklam roliki üçün kamera qarşısına keçib.

Onu 7,6 milyon izləyicisi olan Cemre Solmaz, 5,2 milyon izləyicisi olan Buse Korkmaz və digər sevilən simalar müşaiət edib.

Məşhurların birgə layihəsinin iyul ayında ekranlaşdırılması planlaşdırılır.