İt hücumuna məruz qalan tanınmış aktrisa son halını paylaşdı – FOTO

05:40 16-06-2021 28

Tanınmış şotlandiyalı aktyor Yuen Makqreqorun qızı aktrisa Klaraya it hücum edib.

Üz-gözündən zədə alan aktrisa bununla bağlı fotolarını özünün “Instagram” hesabından paylaşıb.

Klaranın sözlərinə görə, o, iştirak etdiyi “The Birthday Cake” filminin təqdimatından yarım saat əvvəl travma alıb. Tədbirdə də üzündə çapıq və diş izləri ilə iştirak edib.

Klara Makqreqor it hücumunun təfərrüatını açıqlamayıb.