İsveç Ordusunun Baş Komandanından Rusiya ilə müharibəyə hazırlaşmağa çağırış

01:45 16-06-2021 14

İsveç Silahlı Qüvvələrinin Baş Komandanı Mikael Byuden krallığa hücum təhlükəsi barədə xəbərdarlıq edib.

Bu barədə “Aftonbladet” qəzeti məlumat verib.

Hərbçi Rusiyanın fəaliyyətini diqqətlə izləməyi tövsiyə edib.

O, həmçinin İsveç Silahlı Qüvvələrini Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb.

“Silahlı münaqişə ehtimalını istisna etmək olmaz”, - deyə o bəyan edib.

Qeyd edək ki, İsveç parlamenti 2025-ci ilədək ölkənin hərbi xərclərini 89 milyard kron (təxminən 18 milyard manat) olmaqla rekord səviyyədə artırmaq barədə qərar qəbul edib.