ABŞ-da koronavirusdan ölənərin sayı 600 mini ötdü

01:10 16-06-2021 14

ABŞ-da koronavirusdan ölənərin sayı 600 039 nəfərə çatıb.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Hesablamalarını yerli federal qurumlardan verilən göstəricilər əsasənda aparan təhsil müəssisəsinin məlumatına görə, indiyədək ABŞ-da 33 478 513 nəfər COVID-19-a yoluxub.

Qeyd edək ki, ölkə koronavirus ölümlərinə görə əvvəlki 500 minlik həddi fevralın 23-də aşıb.