Qaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

22:40 15-06-2021 15

Qax rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı mikroavtobusla toqquşub.

Nəticədə hər iki avtomobildə olan bir-neçə nəfər ağır xəsarətlər alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.