Ronaldu beş Avropa çempionatında iştirak edən ilk futbolçudur

21:15 15-06-2021 14

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Macarıstana qarşı keçirilən AVRO-2020-nin qrup matçında meydana çıxmaqla rekorda imza atıb.

milletinsesi.info xəbər verir ki, bununla o, beş Avropa çempionatında iştirak edən ilk futbolçu olub.

Bu gün qitə çempionatlarında 22-ci oyununa çıxan Kriştianu ilk dəfə 2004-cü ildə Yunanıstana qarşı matçda forma geyib. O, ilk qarşılaşmasında qol vursa da, komandası 1:2 hesablı məğlubiyyətdən xilas ola bilməyib.