Bakıda yol qəzası oldu, azyaşlı xəsarət aldı

21:05 15-06-2021 14

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda olub.

Belə ki, 8 noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb.

Qəza zamanı bir azyaşlı oğlan (şəxsiyyəti dəqiqləşdirilir - red.) xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.