Türkiyə Uelslə oyundan əvvəl son məşqinə çıxdı – FOTO

20:30 15-06-2021 14

Avropa çempionatının A qrupunda son iki oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl sonuncu məşqinə çıxıb.

Bu barədə AFFA məlumat yayıb.

Baş məşqçi Şenol Güneşin rəhbərliyi altındakı hazırlıq prosesi oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) baş tutub.

Qarşılaşma sabah saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Uels yığması iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.