10 yaşlı məktəbli “jim” eləmək üzrə dünya rekordunu təzələdi - FOTO/VİDEO

22:50 14-06-2021 17

Yuqranın (Rusiya Federasiyası) Surqut rayonundan olan 10 yaşlı İlman Hacımuradov “jim” eləmək üzrə dünya rekordunu təzələyib.

Bu barədə “İzvestiya” xəbər verir.

Məlumata görə, o, bir gedişə 5713 “jim” edib.

Beləliklə, məktəbli nəinki Rusiya üzrə, həm də dünya rekordunu təzələyib.

İlmanın “jim” etməsi canlı yayımla göstərilib və rekordun təyini üçün bir neçə saat vaxt sərf olunub.