Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilir - FOTO

20:50 14-06-2021 16

NATO sammitinin başa çatmasından sonra Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başlayıb.

“Haber Global”ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, bir sıra regional problemlər də nəzərdən keçirilir.

Məlumata görə, görüş başa çatdıqdan sonra Türkiyə prezidentinin mətbuat konfransı təşkil ediləcək.