Mağazadan sərt disk oğurlayan şəxs saxlanılıb – YENİLƏNİB + VİDEO

20:40 14-06-2021 13

Xəbər verdiyimiz kimi 14 iyul 2021-ci il tarixində Nəsimi Rayonu Bülbül 75C ünvanında yerləşən “Hypertech&Fixcomp” mağazasından dəyəri 400 manat olan yaddaş qurğusu oğurlanıb.

Hal hazırda 22-ci polis bölməsinin isti izlərlə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub.

Mağazaya dəymiş ziyan geri ödənib.

09:48

Bakıda məişət əşyaları satılan mağazada oğurluq hadisəsi baş verib. 

milletinsesi.info xəbər verir ki, hadisə paytaxtın “28 May” metrostansiyasının yaxınlığındakı mağazaların birində qeydə alınıb.

Oğurluqda şübhəli bilinən şəxs mağazadan 400 manat dəyərində sərt diski götürüb. 

Hadisə mağazanın təhlükəsizlik kameralarına əks olunub.

Həmin görüntüləri təqdim edirik: