AVRO-2020-nin açılış mərasimi oldu

23:05 11-06-2021 13

AVRO-2020-nin açılış mərasimi keçirilib.

milletinsesi.info xəbər verir ki, futbol üzrə Avropa çempionatının açılış matçı olan Türkiyə – İtaliya matçından əvvəl Roma Olimpiya Stadionunda veteran futbolçular – Françesko Totti və Alessandro Nesta azarkeşləri salamlayıb.

Daha sonra stadiona iştirakçı 24 ölkənin bayrağı olan simvolik toplar gətirilib. Bədii görüntülərdən sonra italyan tenor, müğənni Andrea Boçelli məşhur ifalarından olan “Nessun Dorma”nı səsləndirib. Bu mahnı daha əvvəl 1990-cı ilin dünya çempionatı zamanı Lusiano Pavarotti tərəfindən oxunub.

Tamaşaçılar turnirin rəsmi mahnısı kimi isə İrlandiyadan olan rok qrupu Bononun ifasında “We are the people” (“Biz insanıq”) mahnısını dinləyib.

Səbuhi Musayev