Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO

20:15 11-06-2021 13

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 985 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 917, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 702 023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 953 988 təşkil edir.