“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda!

22:29 04-06-2021 200
  • Network Hadrut_visual

Bütün ölkə ərazisində şəbəkəsinin əhatə dairəsini daim genişləndirən “Nar” işğaldan azad edilmiş
bölgələri də öz şəbəkəsi ilə təmin etməkdədir. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Cəbrayıl
rayonunda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, işğaldan azad edilmiş
ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində “Qarabağ planı”
çərçivəsində “Nar” Şuşa şəhərində də baza stansiyalarının quraşdırılması işlərini davam etdirir.
Əhalini keyfiyyətli internetlə təmin etməyi hədəfləyən “Nar” ümumilikdə 2021-ci ilin birinci rübü
ərzində 50-dən çox yeni baza stansiyaları quraşdırıb. Bununla da mobil operator 5670-dən artıq
baza stansiyası ilə ölkə əhalisini kəsintisiz internetlə təmin edir.
Qeyd edək ki, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə LTE-A texnologiyası ilə
ötürülən data trafikinin həcmi 22% artıb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 82%-i LTE-
A texnologiyalı baza stansiyaları üzərindən verilir. Qeyd edək ki, “Nar”ın internet şəbəkəsi ölkə
ərazisinin 89%-ni, ölkə əhalisinin isə 99,9%-ni əhatə edir.
Xatırladaq ki, Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad
edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.  
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı
təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və
səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.