“Sarı gəlin”ə yeni nəfəs - Video+Fotolar

05:42 02-06-2021 140

4af5e06f-b827-4525-9813-ef67d3bdf57421611a81-9603-49cb-a89a-f3b634a76e7d590c0cb7-f1b3-4d0a-b606-46b6d88677fa8dfc9321-947c-4e2c-93bb-0b900cc409e75d633d7c-01c3-4864-8169-84052f752659

“Boomerang Label” şirkətinin rəhbəri Nigar Məmmədovanın təşəbbüsü, Orxan
Məmmədlinin ideya müəllifiliyi və rejissorluğu ilə “Sarı gəlin” mahnısına yeni
nəfəs verilib.
“Sarı gəlin”in klipi Bənövşə Allahverdiyavanın ifasında qrafika əsasında
özünəməxsus tərzdə hazırlanıb. Layihənin ideyası beş il əvvəl yaransa da,
reallaşması zəfər tariximizin yaşandığı ilə təsadüf edib.
“Boomerang Label” şirkətinin reallaşdırdığı “Sarı gəlin” layihəsinin rəhbəri, baş
prodüser və montaj rejissoru Nigar Məmmədova bu təşəbbüslə Bakı Şəhər
Mədəniyyət Baş İdarəsinə müraciət edib və birgə əməkdaşlıq nəticəsində “Sarı
gəlin”in yeni tərzdə təqdimatı reallaşıb.
Klipdə şərqdə qadının gücü tərənnüm olunur. Göstərilir ki, türk soylarında savaşın
ortasına atılan qadın örpəyi qanlı müharibəni dayandırır. Üz-üzə döyüşə girən
əsgərlər örpəyini açıb ayaq altına atan qadına baxmamaq üçün üzlərini geri çevirir
və beləliklə, savaş dayanır.
Məzmunda Şirvanşahlar, Ağqoyunlu, Atropatena, Səfəvilər dövlətinin güc
simvolları, tarixi bayraqları yer alıb. Klipdə bütün Yaxın Şərqdə qüdrətli hərbi-
siyasi amilə çevrilən Azərbaycan dövlətçiliyinin ənənələri, vətən- torpaq bağlılığı
əks olunur.
Vizuallığı ilə də fərqli tərz sərgiləyən “Sarı gəlin” klipində müğənni Bənövşə
Allahverdiyevanın geyimini Bakı Milli Geyim Evi təqdim edib. Klipdə rol alan
aktyorların geyimi rəssam Rüfət Balakişiyevə, qrimi Aytən Hüseynzadəyə aiddir.
Klipin VFX-i isə İlkin Eminova məxsusdur.
Qeyd edək ki, dünyanın sevərək dinlədiyi “Sarı gəlin”in tarixi məzmunda
təqdimatı yenilikdir. Dili olmayan musiqi bundan sonra mədəni irsimizi bir daha
sərgiləyəcək.