Q.Paşayeva "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair" qanun layihəsinin  müzakirəsində çıxış edib

23:02 31-05-2021 173
MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində çıxış edib Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva məclisin bu gün keçirilən plenar iclasında, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində çıxış edib, bir sıra vacib məsələlərə toxunub. Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışan Komitə sədri, Prezident İlham Əliyevin Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı 2012-ci ildə imzaladığı Sərəncamı xatırladaraq, hələ də Arxeoloji Parkının yaradılması ilə bağlı müvafiq addım atılmadığını deyib: "Ötən il də hökumətin hesabatında, dövlət büdcəsinin icrası və başqa vaxtlarda bu məsələyə toxunduq, təəssüf ki, nəticə yoxdur. Azərbaycanlı alimlərin, mütəxəssislərin Yaponiyanın, Fransanın və Almaniyanın alimləri ilə birgə araşdırma və tədqiqat apardığı, Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını təsdiqləyən "Göytəpə", ilkin neolit dövrü yaşayış məskənidir". Q.Paşayeva xüsusi vurğulayıb ki, qədim yaşayış məskəni qarın, küləyin, Günəşin altında qalaraq, zərər görməkdədir: "Bu suala cavab verilməlidir ki, Arxeoloji Parkın yaradılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı axı nə üçün icra olunmur? Səbəb nədir? Prezidentin Sərəncamında göstərildiyi kimi, bununçün 300 min manat vəsait ayrılmalı və Arxeoloji Parkın yaradılması ilə bağlı layihələndirmə və tikinti işləri başlanmalıydı. Mən bu məsələni bir tovuzlu kimi demirəm, bir Azərbaycan ziyalısı olaraq və çoxsaylı müraciətləri nəzərə alaraq qaldırıram. Xahiş edirəm, nəhayət bu Sərəncamdan irəli gələn məsələlər öz həllini tapsın". Komitə sədrinin toxunduğu ikinci məsələ dünya miqyasına çıxarılacaq filmlərlə bağlı olub: Bugünlərdə, qardaş Türkiyənin tanınmış rejissor və ssenaristi Osman Sınavla Mədəniyyət Komitəsində görüşdük, Qarabağ zəfəri ilə bağlı film çəkilməsini və s. məsələləri müzakirə etdik. Görüşdə Mədəniyyət Nazirliyinin kino şöbəsinin rəhbərliyi də iştirak edirdi və biz birlikdə müzakirə aprdıq. bəlli oldu ki, layiqli film çəkmək üçün yetərli miqdarda maddi vəsait olmalıdır. O müzakirələrdə bir seirial üçün ifadə olunan rəqəm bizim bir ildə kinoya ayırdğımız vəsait qədərdir. Yəni bu cvəsait yetərli deyil və xahiş edirik, kinoya ayrılan xərclərə bir daha baxılsın və müvafiq əlavələr edilsin. Toxunmaq istədiyim sonuncu məsələ isə "COVİD19"a qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin uşaqlarına təhsil haqqının ödənilməsi ilə bağlıdır. sağ olsun, hörmətli həmkarım Əli Məsimli bu mövzuda danışdı. Doğrudan da, adına pay torpağı olan ailələrə bu güzəşt şamil edilmir. bu məsələyə yenidən baxılması vacibdir. Onlara təhsil haqqı ayrılması məsələsinə baxılmasını mən də xahiş edirəm". https://youtu.be/I-wlH1dKv_A
XMA Header Image
Q.Paşayeva 2020-ci il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsində çıxış edib
youtube.com