Q.Paşayeva teatrların fəaliyyətinə və toyların təşkilinə icazə verilməsi təklifi ilə çıxış edib.

18:13 31-05-2021 177
MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva teatrların fəaliyyətinə və toyların təşkilinə icazə verilməsi təklifi ilə çıxış edib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva məclisin bu gün keçirilən plenar iclasında teatrların fəaliyyətinə və toyların təşkilinə icazə verilməsi təklifi ilə çıxış edib. Seçicilərin, mədəniyyət işçiləri, teatr xadimləri, gənclər, ümumən əhali arasında teatr və toylarla bağlı istəklər, müraciətlər, xahişlər olduğunu söyləyib: “əlbəttə, "COVİD19" pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir. Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır; ayrı-ayrı fəaliyyət sahələrindəki yumşalmalar hamısı müvafiq qaydalara əməl etməklə həyata keçiriləcək. Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir. Digər tərəfdən, insanlarımız çox xahiş edir ki, açıq havada, məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın - az sayda iştirakçı ilə, açıq havada və uyğun qaydalara riayət etməklə toy etmək olar”. https://youtu.be/ZDOfxwfrNYs
XMA Header Image
Q.Paşayeva MM-da teatrların fəaliyyəti və toyların təşkilinə icazə verilməsi təklifi ilə çıxış edib
youtube.com