Şamaxıda oğurluğa cəhd göstərən şəxsin üstündən silah aşkarlandı

15:45 29-05-2021 38

Şamaxı rayonu ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Səlimbəyli saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş E.Səlimbəylidən şəxsi axtarış zamanı “Marqolin” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.