Paytaxtda 51 yaşlı qadın dayanacaqda bıçaqlandı

09:05 29-05-2021 34

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Abdullayeva Mərziyə Musa qızı avtobus dayanacağında tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.