Bakıda qardaşını nənənsinin gözləri önündə öldürən şəxsin işi məhkəmədə

17:20 27-05-2021 32

14 oktyabr 2020-ci il tarixində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində Mirvaqif Məmmədzadənin bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Binəqədi Rayon Prokurorluğunda istintaq aparılıb.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Mirvaqif Məmmədzadəni nənəsinin gözləri qarşısında qəsdən öldürüb.

Mirhəbib Məmmədzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.