“Bavariya”nın oyunçusu homoseksual futbolçulara çağırış etdi

04:30 14-05-2021 19

Almaniyanın “Bavariya” klubunun oyunçusu Leon Qoretska homoseksual futbolçular barədə danışıb.

“Playboy” jurnalına müsahibə verən yarımmüdafiəçi gey həmkarlarını öz cinsi orientasiyalarını gizlətməməyə çağırıb.

“Komanda, azarkeşlər, klublar və bütövlükdə cəmiyyət futbolçuları öz cinsi seçimlərini gizlətməmək üçün rəğbətləndirməli, onları cinsi orientasiyalarına görə deyil, çıxışlarına görə mühakimə etməlidir”, - deyə Qoretska bildirib.